Ru
16:50 / 24 Fevral 2026

İqtisadiyyat Nazirliyinə yeni şöbə müdiri təyin olundu

İqtisadiyyat Nazirliyinə yeni şöbə müdiri təyin olundu
Eye

İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş şöbəsinə yeni müdir təyin olunub.


Bakupost.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Zöhrab Şakir oğlu Qədirov təyin edilib.

Qeyd edək ki, Z.Qədirov bu təyinatadək Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini vəzifəsində çalışıb. O, 2022-ci ildən bu postu tutub.

Şərhlər
  • İ.İmamov

    Təbrik edirəm !

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar