Ru
14:50 / 04 Mart 2026

İran ABŞ-nin 1,1 milyardlıq radarını vurdu

İran ABŞ-nin 1,1 milyardlıq radarını vurdu
Eye

İranın raket və pilotsuz uçuş aparatları (PUA) ilə genişmiqyaslı hücumları regionda gərginliyi kəskin artırıb. Ən son məlumatlara görə İranın zərbələrindən biri Qətərdə yerləşən ABŞ yə məxsus radar sisteminə dəyib.

Bakupost.az xəbər verir ki, regional rəsmi mənbələr və Qətər hökuməti bu məlumatı təsdiqləyib.

Qətərin Müdafiə Nazirliyinin bugünkü açıqlamasında deyilir ki, İran tərəfindən atılan iki ballistik raketin biri hava hücumundan mühafizə sistemləri tərəfindən vurulub, digər raket isə Əl Udeyd hava bazasında yerləşən radar sisteminə düşüb. Rəsmi açıqlamada raketin vurduğu obyektlə bağlı insan tələfatı olmadığı vurğulanıb və radara dəymiş zərərin səviyyəsi barədə detallı məlumat verilməyib.

Bu radar sistemi, ABŞ tərəfindən Qətərdə yerləşdirilən və “AN/FPS 132 Blok 5” kimi tanınan ballistik raket hücumu barədə erkən xəbərdarlıq sistemidir. 1,1 milyard dollar dəyərində qiymətləndirilən sistem İranın raket və PUA hədəflərini uzaq məsafədən aşkarlamaq və ABŞ ın regiondakı hava raket müdafiə şəbəkəsinə məlumat ötürmək üçün kritik infrastrukturdur.

İran tərəfi isə əməliyyatları öz mövqeyini müdafiə və intiqam boyu çərçivəsində başladığını bildirir. Tehran “Əl Udeyd” radarının hədəf alındığını və zədələndiyini bəyan edib. Lakin bu iddianın tam şəkildə sistemin tamamilə məhv edildiyi mənasında olub olmadığı ABŞ və Qətər rəsmiləri tərəfindən dəqiqləşdirilməyib.

Qətərdəki hücumdan sonra Qətərin Müdafiə Nazirliyi ölkə ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və hava müdafiə sistemlərinin yüksək hazırlıqda saxlandığını açıqlayıb. Rəsmi Doha sakinlərə rəsmi və təsdiqlənmiş məlumatlara inanmağı, şayiələrə diqqət etməməyi tövsiyə edib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar