ABŞ-ın texnologiya şirkəti "Əpl" bu həftə daha münasib qiymətə yeni notbuk modelini təqdim edə bilər.
Bakupost.az Valyuta.az-a istinadən xəbər verir ki, sızan məlumatlara görə, cihaz "MəkBuk Neo" adı ilə bazara çıxarıla bilər.
Bildirilir ki, model "MəkBuk eir" və "MəkBuk Pro" seriyalarından daha ucuz olacaq və başlanğıc qiyməti 599-799 dollar arasında dəyişə bilər.
Məlumata görə, notbuk rəngli dizayn variantları ilə təqdim oluna bilər və cihazda "Əpl"ın mobil qurğularında istifadə edilən A18 Pro prosessorunun tətbiqi ehtimal edilir. Bu isə istehsal xərclərini azaltmağa və cihazı daha əlçatan etməyə kömək edə bilər.