Ru
15:30 / 20 Sentyabr 2019

"İran müharibə istəmir" - Zərifdən ABŞ-a mesaj

"İran müharibə istəmir" -  Zərifdən ABŞ-a mesaj
Eye

"İran müharibə istəmir".




BakuPost.az xəbər verir ki, bunu İran XİN başçısı Məhəmməd Cavad Zərif "Twitter" hesabında yazıb. İran ABŞ məsələlərinə diqqət çəkən Zərif "Sonuncu amerikalı ilə vuruşmaq istəyən İran deyil, əksinə, "B qrupu" İranın son amerikalıya qarşı vuruşduğunu görmək istəyir. İran müharibə istəmir, lakin biz həmişə xalqımızı və millətimizi müdafiə etmişik və edəcəyik" deyə qeyd edib.


Qeyd edək ki, Zərif “B qrupu” deyərkən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton, İsrailin Baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl-Nəhyanı nəzərdə tutub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar