İran bu il orbitə "Qaim" peyk daşıyıcısı ilə peyk çıxaracaq.
Bakupost.az bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə məlumat verib.
Ötən il İnqilab Keşikçiləri Aerokosmik Qüvvələri "Qased" peyk daşıyıcısından istifadə edərək Nur peykini 500 kilometrdə orbitdə uğurla yerləşdirmişdi.