Təbrizin “Traktor” klubu İran rejiminin qəzəbinə tuş gəlib. İran Futbol Federasiyası “Traktor”un “Perspolis” ilə sabahkı qarşılaşmasının azarkeşsiz oynanmasına qərar verib.
Bakupost.az xəbər verir ki, “Qızıl-qurdlar”ın baş məşqçisi Draqan Skoçiç məsələyə reaksiya verib.
“Sabah azarkeşlərin Təbriz stadionuna buraxılmayacağına çox təəssüf edirəm”, – baş məşqçisi bildirib.
Qeyd edək ki, güneyli fəallar İran hakimiyyətinin türklərə qarşı nifrətdən doğan bu addımı “Traktor” komandasını zəiflətmək məqsədilə atdığını bildiriblər. İranda yaşayan 40 milyonadək türk sevimli komandasının oyununu evdə, televiziya qarşısında izləməyə məcbur qalacaq.
Cavid, BakuPost