Ru
16:33 / 16 Aprel 2026

İrana yeni hücuma daha böyük güclə hazırlaşırıq - Heqset

İrana yeni hücuma daha böyük güclə hazırlaşırıq - Heqset
Eye

İran səhv qərarlar qəbul edəcəyi təqdirdə, ABŞ onun enerji infrastrukturuna zərbə endirəcək və dəniz blokadasını davam etdirəcək.

Bakupost.az xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset deyib.

Nazir vurğulayıb ki, ABŞ Silahlı Qüvvələri mümkün hücuma əvvəlkindən daha böyük güclə hazırlaşır:

“İran yanlış seçim edib və razılaşmaya gəlməsə, Silahlı Qüvvələrimiz döyüş əməliyyatlarını yenidən başlamağa hazırdır”.

Pit Heqset İran üçün ən yaxşı seçimin danışıqlar olduğunu vurğulayıb:

“Alternativ var, dialoq heyətimizin söylədiyi kimi, siz firavan gələcəyi, “qızıl körpü”nü seçə bilərsiniz. Amma hələlik biz mühasirəni davam etdirəcəyik. Əgər İran yanlış seçim etsə, o zaman mühasirə və enerji sənayesinə zərbələrdən əziyyət çəkəcək”.

Müharibə naziri əlavə edib ki, ABŞ mühasirəni hərbi donanmasının 10 faizdən azı ilə həyata keçirir, İranın isə hərbi donanması yoxdur, hamısı müharibə zamanı məhv edilib.

Heqset İran Silahlı Qüvvələrinin hərəkətini izlədiklərini də açıqlayıb: “Sizi izləyirik, hərbi obyektlərdəki hərəkətlərinizi görürük. İran bombalanmış raket buraxılış qurğularını yenidən bərpa edir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar