Ru
16:42 / 16 Aprel 2026

Space TV-də gərginlik, müxbirlər etiraz edir - Təcili iclas çağırıldı

Space TV-də gərginlik, müxbirlər etiraz edir - Təcili iclas çağırıldı
Eye

Space TV-də müxbirlərin etiraz etdiyi bildirilir.

Bakupost.az Globalinfo.az-a istinadən xəbər verir ki, dünən rəhbərlik onları müxtəlif tədbirlərin çəkilişinə göndərə bilməyib.

Mənbə bildirir ki, bəzi tədbirlərə göndərişlə bağlı mübahisələr yaranıb və müxbirlər həmin tapşırıqları yerinə yetirməkdən imtina ediblər.

“Dünən müxbirlər gün boyu etiraz edib, maaş tələbi irəli sürüblər. İcraçı direktor Nəriman Əbdüləliyev bu gün saat 15:00-da ümumi iclas çağırıb. İşçilərin əksəriyyətinin iclasa qatılmaqdan imtina etdiyi bildirilir. Buna səbəb kimi Xəbərlər Departamentinə Pərvin İsmayılova adlı şəxsin rəhbər təyin olunması göstərilir. Müxbirlərin bir qismi onun ali təhsilli olmamasını əsas gətirərək rəhbərliyi qəbul etmədiklərini deyirlər. İddialara görə, Elman Bakuvi işdən ayrıldıqdan sonra Günel Şahmalıqızı da vəzifəsindən azad edilib. Məlumata əsasən, bunun ali təhsilli tanınmış jurnalistlərin kənarlaşdırılması ilə bağlı olduğu iddia olunur. Günel Şahmalıqızının şəhid qızı olduğu qeyd edilir. Hazırda Space TV-də iclasın davam etdiyi, Nəriman Abdullayevin isə jurnalistlər arasında yaranmış narazılığı aradan qaldırmağa çalışdığı iddia olunur”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar