İranın Kərəc, Məşhəd, Şiraz, Amol və Taybad şəhərlərinin həbsxanalarında 17 məhbus edam edilib.
Bakupost.az Axar.az-a istinadla xəbər verir ki, bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.
Onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar.
Bununla da cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 1093-ə çatıb, onlardan 30-u qadındır.