İranın Amol şəhərində yerləşən və ən böyük süd məhsulları istehsal edən zavodunda güclü yanğın baş verib.
Bakupost.az istinadən xəbər verir ki, hadisə yerindən yayılan görüntülərdə zavodun ətrafında qalın duman və partlayış səsləri müşahidə olunur.
İlkin məlumatlara görə, yanğın yerli yanğınsöndürmə və təhlükəsizlik xidmətlərinin sürətli müdaxiləsi ilə qarşısı alınmağa çalışılır. Hazırda xəsarət alanlar və ya tələfat barədə rəsmi açıqlama verilməyib.
Hadisənin səbəbi hələlik müəyyən edilməyib, araşdırmalar davam edir. Yanğın nəticəsində zavodun bir hissəsinin ciddi ziyan dəydiyi bildirilir.
Hadisə yerindən yayılan görüntülər əhali arasında narahatlıq yaradır.
Cavid, BakuPost