Ru
17:00 / 15 Avqust 2025

"İrəliləyiş olmasa, Rusiya ağır nəticələrlə üzləşəcək" - Tramp

"İrəliləyiş olmasa, Rusiya ağır nəticələrlə üzləşəcək" - Tramp
Eye

ABŞ Prezidenti Donald Tramp Rusiyanın ölkənin iqtisadi potensialında maraqlı olduğunu bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə o, rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Alyaskaya uçmazdan əvvəl bildirib.

Trampın sözlərinə görə, o, ərazi məsələsini Putinlə müzakirə etməyi planlaşdırır və hesab edir ki, Kiyev bu məsələ ilə bağlı qərar qəbul etməlidir:

"Ukrayna məsələsində irəliləyişə nail ola bilsək, Putinlə biznes məsələlərini müzakirə etməyə hazıram.

Alyaska sammiti Ukrayna məsələsində irəliləyişə səbəb olmasa, Rusiya ağır iqtisadi nəticələrlə üzləşəcək".

Tramp əlavə edib ki, diqqətini ölkəsinin problemlərinə yönəltmək istəyir, lakin insan həyatlarını xilas etmək üçün Ukrayna münaqişəsinin həllində iştirak edir.

Ukraynaya təhlükəsizlik təminatının verilməsi perspektivindən danışan ABŞ lideri qeyd edib ki, bu, Avropa və digər ölkələrin iştirakı ilə mümkündür.

O, həmçinin bildirib ki, gələn həftə polad və mikroçiplərin idxalına rüsum tətbiq etmək niyyətindədir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar