Ru
15:53 / 15 Avqust 2025

"Ferentsvaroş" "Qarabağ"dan üzr istədi - FOTO

 "Ferentsvaroş" "Qarabağ"dan üzr istədi - FOTO
Eye

"Qarabağ"ın Çempionlar Liqasının pley-offundakı rəqibi "Ferentsvaroş"un saytındakı Ağdam klubu haqqında açıqlaması təxribata yol açıb.

Bakupost.az Teleqraf.az-a istinadən xəbər verir ki, Macarıstan klubu "Qarabağ"ı Azərbaycan yox, Ermənistan klubu kimi təqdim edib.

Yazının əvvəlində belə qeyd olunub: "Çərşənbə axşamı (19 avqust - red.) Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda öz meydanımızda Ermənistan çempionunu qəbul edəcəyik".
Daha sonra isə "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev qarşı tərəfə səhvi aradan qaldırmaları üçün müraciət edib və Ermənistan adı Azərbaycanla əvəz olunub.

"Bu, onların səhvidir. Özlərinə bildirdik və dərhal dəyişdilər. Eyni zamanda baş vermiş halla əlaqədar bizdən rəhbərlik səviyyəsində üzr istədilər", - deyə A.Hacıyev bildirib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar