Ru
15:05 / 15 Avqust 2025

Qonşunun pişiyindən şikayət etdi - HƏBS OLUNDU

Qonşunun pişiyindən şikayət etdi - HƏBS OLUNDU
Eye

Tovuzda sərxoş vəziyyətdə olan 52 yaşlı kişi həbs edilib.

Bakupost.az bildirir ki, oxu.az-ın məlumatına görə, Tovuz şəhəri M.Ə.Sabir küçəsindəki mənzillərdən birində yaşayan, 1973-cü il təvəllüdlü Mirzə İmanov (ad və soyad şərtidir) sərxoş vəziyyətdə evə gələrək, Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurub, qonşusunun pişik saxlamasına etiraz edib. O, qonşunun pişik saxlamasından narahat olduğunu bildirib.

Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları gəlib, sərxoş kişini sakitləşdirməyə cəhd ediblər. Polis əməkdaşlarının səylərinə baxmayaraq, M.İmanov daha da əsəbiləşib və qonşusunun ünvanına söyüşlər söyüb, polisin tələblərinə əməl etməyib. O, həmçinin ünvansız söyüşlər söyərək, polisin onu nizam-intizama dəvət etməsinə məhəl qoymayıb.

M.İmanov saxlanılaraq polis şöbəsinə gətirilib və barəsində protokol tərtib edilib.

Tovuz Rayon Məhkəməsinin qərarı ilə M.İmanov 10 sutka həbs edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar