Yəmənin qanuni hakimiyyətinə bağlı olan milli müqavimət qüvvələri İrandan "Ənsar Allah" (husilər) üsyançı qruplaşmasına göndərilən böyük silah partiyasını ələ keçirib.
Bakupost.az "Azad İran"a istinadla xəbər verir ki, bu haqda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, avqustun 6-da Yəmən təhlükəsizlik qüvvələri pilotsuz uçuş aparatları, raketlər, simsiz rabitə cihazları və qabaqcıl idarəetmə komponentləri daşıyan gəmini saxlayıb. Öz növbəsində, ABŞ tərəfi bu silahların İran tərəfindən husilərə göndərildiyini bildirib.