İsrail ordusu Qəzza zolağında HƏMAS-ın üç komandirini zərərsizləşdirib.
Bakupost.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyat nəticəsində HƏMAS-ın rabitə bölməsinin komandiri Əhməd Əbu Hatsira məhv edilib. Eyni zamanda HƏMAS-ın istehsal bölməsinin iki üzvü İslam Hişam Riyad Kanita və Mahmud Həmid Yusif Hamduna da Qəzza şəhəri ərazisində həyata keçirilən dəqiq hava zərbəsi ilə zərərsizləşdirilib.