Ru
12:30 / 26 Oktyabr 2025

İstanbulda razılaşma olmasa, iki müsəlman ölkəsi qarışacaq

İstanbulda razılaşma olmasa, iki müsəlman ölkəsi qarışacaq
Eye

Əfqanıstan və Pakistan nümayəndələrinin oktyabrın 25-də İstanbulda başladıqları danışıqlar davam edir. Tərəfləri sərhəd böhranının həlli yollarını müzakirə edirlər. 9 oktyabrda Pakistanla Əfqanıstan bir-birinin ərazisini atəşə tutmuşdu. Müharibənin genişlənməsi ehtimalı var idi. Tərəflər bir-birinin sərhəd postlarını da ələ keçirməyə başlamışdı, nəticədə hər iki tərəfdən itkilər artırdı.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Gözləmək olardı ki, digər münaqişələrin həllində vasitəçi kimi çıxış edən ABŞ Prezidenti Donald Tramp Əfqanıstanla Pakistanı da barışdırmağa çalışacaq. Ağ Ev sahibi “mən sülh yaratmağı yaxşı bacarıram” açıqlamasını səsləndirsə də, başı başqa münaqişələrin həllinə qarışdığına görə Pakistanla Əfqanıstan arasında vasitəçi ola bilməyəcəyini vurğuladı. Görünür, Trampın müşavirləri Əfqanıstanla Pakistan arasında münaqişənin dərin kökləri olduğunu ona izah ediblər”, - o bildirib.

Politoloq xatırladıb ki, Tramp növbəti münaqişənin həllinə də nail olub:

“ASEAN ölkələrinin Kuala-Lumpur şəhərində keçirilən sammiti çərçivəsində Tailand və Kamboca liderləri Trampın iştirak etdiyi tədbirdə aralarındakı münaqişəyə son qoyan sənədə imza atıblar. Vaşinqtonin vasitəçiliyi ilə Tailandla Kambodca arasında danışıqlar may ayından gedirdi. Donald Tramp yay aylarında açıqlama verərək, Tailandla Kamboca arasında silahlı münaqişə davam etdiyi müddətdə ABŞ-ın bu dövlətlərlə ticarət sazişləri bağlamayacağını bildirmişdi. Münaqişənin sona çatmasında bu xəbərdarlığın da rolu olub. Bununla Tramp növbəti ildə Nobel Sülh mükafatına əsas namizəd olduğunu təsdiq edib”.

Politoloq hesab edir ki, İstanbulda davam edən danışıqlar atəşkəsi daha da möhkəmləndirmək məqsədi daşıyır:

“Ancaq atəşkəs kövrəkdir. Bunu Pakistanın müdafiə naziri Xavaca Asif son açıqlaması da sübut edir. O deyib ki, İstanbulda razılaşma əldə olunmazsa, Pakistan Əfqanıstana qarşı açıq müharibəyə başlayacaq. Əldə olunacaq razılaşma bölgə üçün əhəmiyyətlidir. Buna baxmayaraq, iki ölkə arasında sərhədin müəyyənləşdirilməsinə ehtiyac var. Bu baş vermədikcə, iki ölkə arasında gələcəkdə də toqquşmaların baş verəcəyini istisna etmək olmaz”.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar