Ru
16:47 / 05 Yanvar 2026

İsveçrədən Maduroya zərbə – Bütün aktivləri donduruldu

İsveçrədən Maduroya zərbə – Bütün aktivləri donduruldu
Eye

İsveçrə Venesuela prezidenti Nikolas Maduronun və onun yaxın ətrafının ölkə ərazisində yerləşən bütün aktivlərini dondurub.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, qərar Maduronun ABŞ qüvvələri tərəfindən saxlanılmasından sonra qəbul edilib və dərhal qüvvəyə minib. Qərarın müddəti dörd il nəzərdə tutulur.

İsveçrə hökumətinin açıqlamasında bildirilir ki, məqsəd mövcud vəziyyətdə qanunsuz əldə edilmiş vəsaitlərin ölkədən çıxarılmasının qarşısını almaqdır. Rəsmi Bern qərarın bu vəsaitlərin Venesuela xalqının xeyrinə geri qaytarılmasını hədəflədiyini bəyan edib.

Açıqlamada qeyd olunur ki, Federal Şura bu addımı Maduronun Karakasda saxlanılaraq ABŞ-yə aparılmasından sonra atıb. Aktivlərin dondurulması İsveçrənin 2018-ci ildən Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalara əsasən atılıb. Bu qərar Venesuelanın hazırkı hökumət üzvlərinə şamil edilmir.

Rəsmi açıqlamada konkret məbləğlər göstərilməyib. Hökumət hələlik Maduronun və onun çevrəsinin İsveçrədə hansı aktivlərə sahib olması ilə bağlı sorğulara cavab verməyib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar