Ru
12:00 / 24 Fevral 2026

Kanal rəhbərləri millətin gördüyü biabırçılığı görmür? - VİDEO

Kanal rəhbərləri millətin gördüyü biabırçılığı görmür? - VİDEO
Eye

Camaat yazır ki, hamısı belədir. Axı hamısı belə deyil. Biz min bir zülmlə yaxşı veriliş ərsəyə gətiririk. Neçə ay bir veriliş üzərində çalışırıq. Yaxşılar da pislərin içində gedir. Deyirlər, camaat bunu istəyir. Kim ölçür camaatın nə istədiyini? Bütün biabırçılığı edib, camaatın üstünə atmaq olmaz.

Bakupost.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Saleh Bağırov "Sabaha saxlamayaq" proqramında deyib. Aparıcı son günlər verilişlərlə bağlı etirazlardan bəhs edib. O bildirib ki, aparıcılıq adına xələl gətirənlər bu gün veriliş aparır:

"Əgər televiziya etinasız olsaydı, bu söhbətlər olmazdı. Onsuz da faydası olmayacaq: illərdir deyilir, yazılır. Nə dəyişir? Biz yenə hər şeyi bəsit, biabırçı və ədəbsiz formada ekranda görürük. Televiziyanın gücü böyükdür. Bu gücdən belə istifadə etmək insanların dünyasına eybəcər şəkildə daxil olub, əxlaqsızlığı nümayiş etdirməkdir. Televiziyaların başında oturan insanlar, aidiyyatı qurumlar bizim, millətin gördüyünü görmür? Hamısının otağında, evində televizor var. Sən görmürsən, televiziyada nə biabırçılıqlar gedir? Necə küçə adamları efirdə söz sahibi olur. Aparıcılıq sənətinə xələl gətirən insanlar camaatın qarşısında əl silkələyib, nəsə göstərir, öyünür. Bunlar insana yuxarıdan aşağı baxmaqdır ki, heç kimin buna ixtiyarı yoxdur. Bunlar reytinq qurbanıdır. Reytinq hansı meyarla ölçülür? Bu məsələlər bizi uçuruma aparır. Niyə biz evimizdə öz kanallarımızı çeviririk ki, uşaqlarımız görməsin? Bir televiziya işçisi kimi heyrətə gəlirəm ki, necə belə söhbəti efirdə yayımlamaq olar? Hələ bunlar gecikmə ilə efirə verilir. Gör, gecikmə olmasa başımaza nə gələr".



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar