Ru
17:20 / 05 Yanvar 2026

Keçmiş partiya sədrinin səhhəti pisləşib - İtaliyada müalicə alır

Keçmiş partiya sədrinin səhhəti pisləşib - İtaliyada müalicə alır
Eye

Fəaliyyəti dayanmış Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun səhhəti pisləşib.

Bakupost.az xəbər verir ki, Modern.az-a danışan keçmiş partiya sədri hazırda İtaliyada müalicə olunduğunu bildirib.

"Ürək - damar və osteoxondrozla əlaqədar İtaliyada müalicə alıram. Həkimlər müəyyən müddət sakit yaşamağı, siyasətdən kənar olmağı məsləhət bilirlər", - Rauf Qurbanov deyib.

Qeyd edək ki, 2023-cü ildə qəbul edilən "Siyasi partiyalar haqqında" yeni qanuna əsasən, 5000 üzvü olmayan partiyalar Ədliyyə Nazirliyində qeydiyyata alınmayıb. Nəticədə Azərbaycan Kommunist Partiyası da qeydiyyatdan keçə bilməyərək fəaliyyətini dayandırıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar