Ru
16:27 / 25 Noyabr 2021

Kimlər qazi sayılır? - Qanunda boşluq, fikirlərdə çaşqınlıq...

67149
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi yaralanan döyüşçülərin hamısına bu faktı təsdiqləyən şəhadətnamə verir. Həmin şəhadətnamədə “Azərbaycan Respublikasının Müdafiəsi zamanı yaralanmışdır” sözü yazılmış bütün döyüşçülər, əlillik dərəcəsi alsa da, almasa da qazidir. Çünki onların qanı Vətən torpağına tökülüb. Vətən torpağına qanı tökülən hər bir şəxs qazıdır”.

Bunu Bakupost.az -a “Qarabağ qaziləri”ictimai birliyinin mətbuat xidmətinin rəhbəri, qazi, jurnalist Rey Kərimoğlu deyib.

Onun sözlərinə görə, bu adı ilk dəfə Azərbaycan cəmiyyətinə Baş qazi, “Qarabağ qaziləri” ictimai birliyinin mərhum sədri Etimad Əsədov və onun komandası gətirib:




“Onun rəhbərliyi ilə 2001-ci ildə “Qarabağ Qazilər” İctimai Birliyi yaradılıb. Məqsəd o idi ki, müharibədə yaralanmış, qanı Vətən torpağına tökülmüş şəxslərə qazi deyilsin. Bu gün hamının işlətdiyi qazi sözünü Azərbaycan cəmiyyətinə baş qazi Etimad Əsədovun yaratdığı Qarabağ Qazilər İctimai Birliyi gətirib.

Hazırda müharibədə iştirak edənlərin sənədinə rəsmi olaraq belə yazılır: Şəhid olubsa, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşdə şəhid olub”, yaralanıbsa, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanıb”, iştirakçısında isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib”. Yəni, məsələ bu qədər dəqiqdir. Sadəcə olaraq biz təşkilat olaraq müharibədə yaralananlara o vaxt qazi adını gətirdik. Hazırda konkret olaraq qanunda “Qazi” və “Qarabağ əlili” anlayışı yoxdur. Bəziləri sözün etimologiyasını, bəziləri sözün islamda, dildə istifadəsinə uyğun, bəziləri isə Türkiyədə istifadəsinə uyğun münasibət bildirir. Kimin nə deməsindən, nə düşünməsindən asılı olmayaraq, Qazi adını Azərbaycan cəmiyyətinə gətirən Qarabağ Qaziləri Birliyidir. Və bunu niyə gətirib dedim - Vətən torpağına qanı tökülmüş döyüşçüyə qazi deyilir”.



Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov qeyd edib ki, təəssüflər olsun müqəddəs saydığımız qazi anlayışında hələ də çaşqınlıq var:


“Əsl müharibə iştirakçıları ilə arxa cəbhə iştirakçıları arasında sərhədlənmə aparılmalıdır. Əlbəttə ki, bilavasitə döyüşlərdə iştirak edib, xüsusi rəşadət, qəhrəmanlıq göstərmiş əsgər və zabitlər yaralandıqdan sonra qazi sayılmalıdır. Amma bu gün qazi adından su-istifadə edənlər də var. Halbuki, həmin şəxslər bir gün olsun döyüş əməliyyatlarında iştirak etməyib, sadəcə ehtiyatda olub.

Hərbi ekspert bildirib ki, həqiqi döyüş iştirakçıları daha çox susmağa üstünlük verirlər:

“İndi bəziləri hərbi formanı geyinir, amma ayağında 15 rəngdə “krasovka” ilə düşüblər şəhərin canına. Belə şeylər yolverilməzdir. Bu işi müvafiq qurumlar nəzarətdə saxlamalı və tənzimləməlidirlər. Sonuncu müharibədən 1 il, 2016-cı il aprel döyüşlərindən isə 5 il keçib, hələ də Müharibə Veteranı məsələsi həll olunmayıb. Bilən bilir, bilməyən isə ƏƏSMN-nə hücum edir. Halbuki, əsgər və çavuşlarla bağlı məsələ sırf Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətlərinin rayon və şəhər şöbələrinin, idarələrinin üzərinə düşür. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış şəxslərl, yəni qazilərlə, müharibədə iştirak etməyənlər ayırd edilməlidir. Qazi və müharibə iştirakçıları ilə bağlı məsələyə tez bir zamanda aydınlıq gətirilməlidir. Yoxsa insanlar arasında çaşqınlıq arta bilər.

Onu da qeyd edim ki, mütləq deyil müharibədə iştirak edən şəxslər yaralanmalıdır. Əgər vətəndaş müharibənin qızğın nöqtələrində döyüşüb sağ-salamat evinə qayıdıbsa, o da qazidir. Baxın nə qədər insan Vətən Müharibəsində aktiv döyüşlərdə iştirak edib, amma yaralanmayıblar. İndi onlar yaralanmayıbsa, bu onların günahı deyil axı. Biz onları da dəyərləndirməliyik. Onlar da əsl qazi sayılırlar. Müharibədə odun-alovun içində olublar. Bizdə qazini elə başa düşürlər ki, ya ayağı, ya qolu olmamalıdır. Bu, düzgün yanaşma deyil. Türkiyədə hərbi geyimdə küçədə gəzənləri görməzsiz. Orada müharibə iştirakçıları və qazilərin hər birinin fərqləndirici geyimləri var. Yəni, geyimlə onlar fərqlənirlər. Amma bizdə yaşlı da, cavan da əyninə formanı geyinir və hansısa bir qeyri-hökumət təşkilatının medalından taxıb gəzir. Belə şeylər olmaz. Bunlar tez bir zamanda öz həllini tapmalıdır”.

F. Söhrabqızı
Baku Post
Şərhlər
  • Mesut Ozil

    Düz deyil döyüşüb yaralanmıyanlar var bes onların haqqı nece .Qazi Döyüşde Qalib gelen Esgere Zabite Döyüşən Döyşçüyə deyirlər .oki qaldı yaralanan onda Qanun vericilikle əliliyin dərəcəsin verirler .əgər Qanun vericilikde bele status yoxdusa mənasız yere niye insanların beyninde çaşqınlık yaradlıb ?qanı Tökülmek varsa, Qan Tökenlerimizde Var Ama onların Hakkıda Tapdanmamalıdı .Əgər Qanuna Salmak olacaqsa Mence dahada tekminləşməlidi bu status ve her şey nezere alınmalıdı döyüş tapşşrıqı yetiren ona desdek olan arxa Teminat her Halda Ölkəmizin Suverinliyini müsteqilliyinı Azadlıqını Serhedini Her bir Yerinde Bu vəzifenin Görevçileri Her biri Bu statusu Almalıdır .!Orduda Ayrı Seçkilik Salmak Olmaz Sadece Vijdanlı Olmak Veteni Sevmek Onun Müsteqilliyini Qorumak Lazımdır Lazım Gelerse Heyatındanda Keçmeye Hazır Olmalısan .

  • Elnur

    Tam doğru qeyd etmisiniz. Dərəcəm olmasada yaralandığım üçün Qazi statusu verilib. Çəkdiyim zəhmət ən azından ad olaraq sistemdə fərqlənir

  • H.r

    44 gun veten muharibesi qazisiyem sizin sozlerinizi tam tesdigleyirem ama efsuslar oldun ki qanun qaydada bele bir set yoxdur

  • Zema

    Azərbaycan Demokratik Respublikadır,şəhid adı dində kimlərə deyilir,gazi adı həbidə kimlərə,aiddir.? Bu məsələlərə aydınlıg gəirmək lazımdlr.

  • Azad ceferov

    Men döyüşlerde olmuşam zenglan qubadlı lacın dpöyüş emrde verlib amma qazi verilmeyib siz doqru deyirsinz bu şerefli adda cox istfade olnur 3 medal verlıb mene döyüşlerde iştrak etiyim ücün

  • İdris İbadov

    Oğlum İbadov Füzuli 44 günlük müharibədən qabaq 20.09.2020 -də təlimə qatılmış və Füzuli ,Xocavəndin azad olunmasında döyüşmüş,medallar alıb.Müharibənin sonlarında mərmi valnasından başından zədə alıb.İlk yardım edilib və yenidən döyüşüb.Qələbəni də yaşayıb.Ağrılardan Papanidə uzanıb və ona müharibə dövründə yararsız sül dövründə qismən yararlı qərarı verilərək 16.12.2020 -də yaralıları tərxis edəndə evə buraxılıb. Bəs belə hallarda Qazi deyilirmi ?

  • M.M

    kimin adami varsa qazi odur.

  • Irade ismetli

    Cox duzgun danisirsiniz.her sey oz tesdiqini tapmalidi..

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər