Ru
14:10 / 09 Oktyabr 2019

Kimya üzrə Nobel mükafatının sahibləri açıqlandı - FOTO

1881
Bu gün İsveçin paytaxtı Stokholmda 2019-cu il Nobel həftəsi çərçivəsində kimya üzrə mükafatlar təqdim olunub.

BakuPost.az Nobel Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, bu il mükafatı amerikalı Con Qudenou, britaniyalı Stenli Uittingem və yaponiyalı Akira Yosino alıblar.

Onlar litium-ion batareyalarının yaradılması və inkişafına görə mükafata layiq görülüb.

Qeyd edək ki, oktyabrın 10-da ədəbiyyat (2018 və 2019-cu illər üçün), oktyabrın 11-i sülh və oktyabrın 14-ü iqtisadiyyat üzrə Nobel mükafatları təqdim olunacaq.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər