Avqusun 1-i Kiyevdə matəm elan olunub.
Bakupost.az xəbər verir ki, bu barədə Teleqram kanalında paylaşımında Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.
“Sabah şəhərdə əyləncəli tədbirlər qadağan olunub. Bələdiyyə binalarında bayraqlar endiriləcək”.
Vitali Kliçko dövlət binalarında da bayraqların endirilməsinin tövsiyə olunduğunu nəzərə çatdırıb.
Qeyd edək ki, son məlumata əsasən, Rusiyanın Kiyevə PUA hücumu nəticəsində 1-i uşaq olmaqla 11 nəfər həlak olub, 135 nəfər yaralanıb.