Ru
11:21 / 20 Aprel 2026

"Yaltaqların danışıqlarını eşidirəm, ürəyim bulanır" - VİDEO

"Yaltaqların danışıqlarını eşidirəm, ürəyim bulanır" - VİDEO
Eye

Aparıcı Tarix Əliyev səhər verilişlərinin aparıcılarını sərt tənqid edib.

Bakupost.az xəbər verir ki, o, bu barədə “Səmimi” adlı yutub layihəsində danışıb.

“Televiziyada olduğum vaxt sizin səhər verilişlərinizin çoxunu öz reytinqimlə geridə qoyurdum. Sponsorlarım da sizinkindən daha bahalı olub. Bu gün efirdə olan heç bir aparıcı deyə bilməz ki, Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Zaur Kamal, Elgiz və Tarix Əliyev kimi nəsə edib.

Biz beşimiz adımıza kanala sponsor gətirmişik. Bu adlara görə verilişlərə sponsor gəlir və biz gedəndə onlar da bizimlə birlikdə gedirlər.

Səhər efirlərinə baxmaq istəyirəm, yaltaqların danışıqlarını eşidirəm, ürəyim bulanır. Məni məcbur etməyin ki, səhər saat 8:30-da canlı efir edim. Yaltaqlıq etməyin", - deyə T.Əliyev bildirib.

Yasəmən,
BakuPost
" target="_blank">

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar