Ru
14:51 / 03 İyun 2026

Kobzonun lüks mənzili satışa çıxarıldı

Kobzonun lüks mənzili satışa çıxarıldı
Eye

Kobzonun 600 kvadratmetrlik mənzili satışa çıxarılıb.

Bakupost.az yerli KİV-lərə istinadən xəbər verir ki, Moskvanın mərkəzində, mərhum sovet və rus müğənnisi İosif Kobzona məxsus 600 kvadratmetrlik “penthaus” bir milyard rubla (23 milyon 900 min manat) satışa çıxarılıb.

Bu dəbdəbəli əmlak Novı Arbatdakı "Grubber House" elit yaşayış kompleksinin 16-cı mərtəbəsində yerləşir.

Mülk hazırda müğənninin dul arvadı Nelli Kobzona məxsusdur. Əvvəlcə o, mülkü ərinin xatirəsinə muzeyə çevirmək istəyib. Lakin sonradan fikrini dəyişərək, əmlakı satmaq qərarına gəlib.

Bildirilir ki, satış qapalı bazarda keçiriləcək.

Rüfət Sultan, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar