Ru
11:07 / 28 İyul 2025

Köhnə kondisionersiz qatarlar niyə əvəzlənmir? - Rəsmi AÇIQLAMA

 Köhnə kondisionersiz qatarlar niyə əvəzlənmir? - Rəsmi AÇIQLAMA
Eye

Hazırda Yaşıl və Qırmızı xətlər üzrə 30 yeni, 29 köhnə nəsil qatar tərkibi, Bənövşəyi xətt üzrə isə 7 köhnə nəsil qatar tərkibi fəaliyyət göstərir.

Bu barədə Bakupost.az -a Bakı Metropolitenindən kondisionersiz və havalandırma sistemi olmayan qatarlarla bağlı məsələyə münasibət bildirərkən deyilib.

Köhnə qatarların hələ də istismarda qalmasının səbəbi kimi onların texniki resurslarının tükənməməsi göstərilib:

“Vaqon parkımız həm yeni, həm köhnə qatarlardan ibarətdir. Köhnə nəsil qatarların istismar müddəti bitmədiyinə görə onlar uyğun qaydada xəttə buraxılır. Bu vaqonlarda texniki baxımdan kondisioner quraşdırmaq mümkün deyil”.

Bununla belə, qurum qatar parkının mərhələli şəkildə yeniləndiyini və köhnə vaqonların istismar müddəti bitənədək xəttə buraxılacağını bildirib.

Qeyd edək ki, sərnişinlər köhnə qatarlarda yüksək temperatur və havasızlıqdan şikayət edirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar