Rusiyada diaspor nümayəndələri arasında daha bir ölüm hadisəsi baş verib. Bu dəfə Ufa şəhərindəki istintaq təcridxanasında tacik diasporunun sabiq rəhbəri Əbdürrəhman Rəhimov vəfat edib.
Bakupost.az yerli mətbuata istinadən xəbər verir ki, Əbdürrəhman Rəhimov isti duş qəbul etdikdən sonra halı pisləşib və onu xilas etmək mümkün olmayıb.
Ölümün hansı səbəbdən baş verdiyi məlum deyil. Ufa prokuroru artıq məhkumun istintaq təcridxanasının kamerasında gözlənilmədən ölümü ilə bağlı araşdırmaya başlayıb.
O, iyun ayında Ufanın Zaton bazarında ( hansı ki, 2000-ci illərdə yaradılmasına kömək edib) hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunaraq 13 il həbs cəzası alıb. O, ittihamı qəbul etməyib və 2023-cü ilin yayından bəri həbsdə saxlanılırdı.
Aysel,
BakuPost