Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası ilə vida mərasimi keçirilir.
Bakupost.az bildirir ki, "Unikal"ın məlumatına görə, yaşadığı evdə Milli Qəhrəmanın anası Dursun Qasımova ilə vida mərasimi başlayıb. Mərasimə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, Natiq Qasımovun ailə üzvləri, qazilər, Vətən müharibəsinin iştirakçıları qatılıblar.
Vida mərasimindən sonra Dursun Qasımova Gəncənin Səbiskar qəbiristanlığında dəfn ediləcək.