Ru
15:01 / 28 İyul 2025

Xameneinin müşavirindən sərsəm iddialar

Xameneinin müşavirindən sərsəm iddialar
Eye

İranın ali lideri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti növbəti dəfə Zəngəzur dəhlizi layihəsi ilə bağlı təxribat xarakterli açıqlama verib.

Bakupost.az xəbər verir ki, o, layihənin "zahirdə regional əməkdaşlıq və iqtisadi inkişaf kimi təqdim edildiyini, əslində isə dərin geosiyasi məqsədlər daşıdığını" iddia edib.


Vilayətinin sözlərinə görə, layihənin əsas məqsədi nə regional inteqrasiya, nə də xalqların rifahıdır. O iddia edir ki, dəhliz vasitəsilə İran, Rusiya və “Müqavimət Cəbhəsi” qurudan mühasirəyə alınacaq.

Müşavir qeyd edib ki, Tehran bu təhlükəni ciddi qəbul edir və yalnız bəyanatlarla kifayətlənmir:

“İran sərhədlərinə əlavə hərbi qüvvələr cəlb edib və bölgədə hərbi təlimlər keçirib. Bununla İran öz "qırmızı xəttini" nümayiş etdirdiyini bəyan edib”.

Vilayəti vurğulayıb ki, artıq passiv və müşahidəçi siyasət dövrü başa çatıb. Rəsmi Tehran bundan sonra qabaqlayıcı və aktiv strategiya yürütmək niyyətindədir.

Onun iddialarına görə, bu dəhlizin arxasında ABŞ, NATO, İsrail və pantürkçü çevrələr dayanır.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar