Ru
15:20 / 19 Fevral 2026

Kralın qardaşı həbs olundu – Epşteyn qalmaqalı Britaniyaya sıçradı

Kralın qardaşı həbs olundu – Epşteyn qalmaqalı Britaniyaya sıçradı
Eye

Böyük Britaniya polisi bu gün (fevral 190u) Kral III Çarlzın kiçik qardaşı Endryu Mauntbatten-Vindzoru həbs edib. O, “ictimai vəzifədə sui-istifadə” şübhəsi ilə saxlanılıb.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, polis hələlik rəsmi olaraq həbs barədə açıqlama verməyib. Məlumatlarda 60-lı yaşlarında bir kişinin saxlanıldığı bildirilir, media isə bu şəxsin Britaniya Kralının kiçik qardaşı olduğunu xəbər verir.

Həbs əməliyyatı Norfolkdakı Sandringem iqamətgahında yerləşən Vud Farm evində həyata keçirilib. Polis həmçinin Berkşir və Norfolkdakı ünvanlarda axtarışlar aparır. Görüntülərdə mülki geyimli şəxslər və nömrəsiz maşınlarla əməliyyat keçirdiyi görünür.




Rəsmi açıqlamada bildirilir ki, araşdırma Vindsorun Britaniya ticarət elçisi kimi xidmət etdiyi dövrdə sensitiv hökumət məlumatlarını keçmiş maliyyəçi və məhkum, insan alverində günahlandırılan Ceffri Epşteyn ilə paylaşması şübhələri üzərinə aparılır. Bu ittihamlar son həftələrdə ABŞ hökumətinin yayımladığı sənədlər əsasında yenidən gündəmə gəlib.

Endryu Mauntbatten-Vindzor uzun müddətdir Epşteynlə əlaqələr tənqid olunurdu. O, 2025-ci ildə titul və rəsmi vəzifələrdən uzaqlaşdırılmış və ictimai funksiyalarını dayandırmışdı.

Polis verilən açıqlamada, araşdırmanı davam etdirdiklərini və ictimai marağın yüksək olduğunu nəzərə aldıqlarını, lakin işin gedişatına təsir etməmək üçün əlavə şərh vermədiklərini bildirliib.

Əməliyyat davam edir və polis və hüquq-mühafizə orqanları tərəfindən əlavə açıqlamalar gözlənilir.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar