Ru
20:32 / 05 İyul 2025

Kremlin Bakıdan istəyi: Bu ölkəni cəzalandırmağı tələb edir?

Kremlin Bakıdan istəyi: Bu ölkəni cəzalandırmağı tələb edir?
Eye

Rusiya ilə Azərbaycan arasında ciddi gərginlik yaranıb. Niyə? Azərbaycan, Türkiyə və Ermənistan Zəngəzur dəhlizi ilə bağlı müəyyən razılığa gəlib. Bu razılaşmanın nüansları bəlli deyil. Bəlli olan odur ki, Rusiya oyundan kənar vəziyyətdə qalıb. Üstəlik, ABŞ bu dəhlizə nəzarət edəcək...

Bakupost.az xəbər verir ki, bu iddianı mühacir jurnalist Elbəyi Həsənli irəli sürüb.

Onun fikrincə, Rusiyanın Azərbaycana qarşı demarşının arxasında dayanan əsas amil Zəngəzur dəhlizi ilə bağlıdır:

“İkinci Qarabağ müharibəsini yekunlaşdıran atəşkəs bəyanatının sonuncu - 9-cu bəndində belə yazılıb: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir...”

10 noyabr 2020-ci il Qarabağ atəşkəs bəyanatına əsasən Zəngəzur dəhlizinə Rusiya nəzarət etməliydi. Ancaq edə bilmədi. Niyə? Çünki Ermənistan Qərbin dəstəyi ilə Rusiyaya belə bir səlahiyyət tanımaq istəmir. Azərbaycan da, Türkiyə də ilkin mərhələdə Rusiyaya belə bir səlahiyyət verilməsinə müsbət yanaşıb. Sonra nə oldu? Rusiya Ukraynaya qarşı müharibəyə başladı. 2014-cü ildən davam edən Rusiya-Ukrayna müharibəsi aktiv fazaya daxil oldu. 24 fevral 2022-ci ildə Rusiya Ukraynanı yenidən işğal etməyə başladı. 3 il 4 aydan çoxdur ki, bu müharibə davam edir. Təbii ki, Qərbdən dəstək alan Ukrayna Rusiyaya ciddi müqavimət göstərir. Bu müqavimət ona gətirib çıxardı ki, Rusiya əvvəlki sanbalının ciddi bir hissəsini əldən verdi. Ona görə də Qərb Rusiyanı daha da zəiflətmək üçün Zəngəzur dəhlizini də onun əlindən almaqda qərarlıdır...

Rusiya istəyir ki, Azərbaycan Zəngəzur dəhlizinə nəzarət məsələsində Rusiyanın yanında olsun. Ermənistana müharibə elan etsin. Mustafası o ki, Rusiya Azərbaycanın əli ilə Ermənistanı cəzalandırmaq istəyir. İstəyir ki, Azərbaycan Rusiyaya xatir Qərb ilə düşmən olsun. Azərbaycan hansı ağılla Qərblə düşmən olmalıdır ki? Özü də Rusiyaya görə.

44 günlük müharibə zamanı Azərbaycan öz suveren torpaqlarını geri almaq üçün vuruşurdu. Bu məsələdə beynəlxalq hüquq da Azərbaycanın yanında idi. Ermənistanın beynəlxalq səviyyədə tanınan ərazisinə daxil olmaq isə tamam fərqli bir şeydir. Yəni işğalçılıqdır. Siz Ermənistana baxmayın. Azərbaycana belə şeyi bağışlamazlar...
Azərbaycana və Türkiyəyə, bütövlükdə Türk Dünyasına dəhliz lazımdır. Ermənistan da bu dəhlizi verir. Ancaq deyir ki, dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...

Əlbəttə, Türkiyə və Azərbaycanın gücü çatsa, dəhlizə özümüz nəzarət edərdik. Ancaq Rusiyaya baxanda dəhlizə Amerikanın nəzarət etməsi daha yaxşıdır. Ən azı ona görə ki, Amerikanın Zəngəzur dəhlizinə nəzarət etməsi Rusiya və İranın Cənubi Qafqazda təsir imkanlarını sıfra endirəcək. Bu isə Türkiyə və Azərbaycanın, eləcə də Ermənistan və Gürcüstanın maraqlarına uyğundur...”

Aygün,
BakuPost

Şərhlər
  • Dəxi

    Müəllif, Şərhçi və maraqlananlardan üzrlə haraylamaq istərdim ki, cəmiyyətlərin ibtidai quldardan, ədalət dinlərini də keçib, guya daha mükəmməl, xüsusilə qlobal-Siyasi idarə hər kəsin mülahizə edə biləcəyimiz bir iş deyil? Daha diqqətli Avropa inter-kommunizmi xəyalətini izləyən V.İ.Ulyanov deyirdi ki, siyasət elə bir ciddi işdir ki, onunla (və cüzi detalları ilə belə) daim-hər an çox ciddi məşul olmaq gərək ki, hansısa məram-iş icra olunsun, ya münasibətlər sadəcə normallaşsın? Tarixən de fakto qənimət Qafqaz türkiyəsi böyük Rusiya üçün vacib 19cu əsrin sonu 1896-1920ci sərt aclıq, müharibə 1942-45 və sonra Xantı-Maysı yanacaq yataqlarının istifadəsinə qədər zəruri olub!? Öncəki digər və müasir dövrlərdə Qafqaz geniş və daha zəngin ehtiyatlı Rusiyaya Qafqaz heç bir iqtisadi əhəmiyyət deyil, yalnız cənuba geniş ekzotik dəhliz əhəmiyyəti kəsb edib. Son SSRİ Kremli siyasətinin elə Qafqazın üç rentabelsiz respublika, dəhlizin heç bir iqtisadi əhəmiyyəti olmadığından hamını buraxıb *sivil tərəqqi Avropası*na döndərib!? Uzaylarda 4 buraxdıran kimi 4 respublikanı da qəbul edənlər varmış, Rusiya və digərlərini yox? Bir də ki, aradakı Ukrayna Rusiyadan da yaxında, öndəymiş? Hər ikisinin potensialı cəzb edici olsa da, Avropanın xüsusi iqtisadi göstəricilərini də endirəcək səviyyədədir? Bəzi siyasətçilər də ölkə və vətəndaşlarının yüksəlişi deyil, elə *qərb qohumluğu* dəstəyi ilə, ya yanacaq-enerji dəstəyi ilə sanki, formal da olsa tarixən yüksək tərəqqi-rifah dövləti adına çalışır kimi görünmürlərmi? Xüsusi iqtisadi təminat baxımından nəinki güney, bəlkə də bütöv Qafqaz belə heç bir yüksəliş vermir, sadəcə, Kremlin özünün rəqib *Qərb*ə, ABŞa təslim etdiyi RF və MDBnin Yekə-Güclü görüntüsü istənilir? Belə mərama hələ ötən əsrin 60-70ci illərindən İctimai iqtisadi tərəqqi işi deyil, nəticə ehtibarı ilə siyasi *oçkovtiratelstvo* təsnifatlandırılırdı?

  • Eynulla Nəsibov

    Rusiyanın kecmiş İttifaq dövlətlərinə müasir "münasibəti" elə öz başlarında çatlayacaq.Dövr dəyişib.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar