Ru
10:40 / 28 İyul 2025

"Krokus" terroru ilə bağlı yeni DETALLAR : Növbəti hədəf Kaspiysk imiş

"Krokus" terroru ilə bağlı yeni DETALLAR :  Növbəti hədəf Kaspiysk imiş
Eye

"Krokus Siti Holl"da baş verən faciə, terrorçuların hazırladıqları yeganə cinayət deyilmiş. Məlum olub ki, terror aktını həyata keçirən şəxslərin şərikləri Kaspiysk şəhərində yerləşən "Moskva" əyləncə kompleksini də partlatmaq istəyirmişlər.

Bakupost.az xəbər verir ki, TASS-ın araşdırmasına görə, terror aktına hazırlıq 2024-cü ilin fevralın 1-dən martın 31-nə qədər olan dövrdə aparılıb.

Cinayət işi üzrə materiallarda qeyd edilir ki, partlayışın təşkilində üç nəfər iştirak edib. Onların hamısı eyni terrorçu qruplaşmanın üzvüdür.

“Sözügedən terror aktına hazırlıq zamanı həmin şəxslər kustar üsulla partlayış törətməyə yararlı partlayıcı qurğu hazırlayıblar. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən terror aktının qarşısı alındıb, həmin şəxslər cinayəti tamamlaya bilməyib”, - sənədlərdə deyilir.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar