Laçında insan sümüklərinə bənzər skelet qalıqları tapılıb.
Bakupost.az xəbər verir ki, qalıqlar rayonun Hoçaz kəndində aşkarlanıb.
Belə ki, kənd sakini köhnədən qalma evlərinə qalxmaq üçün yol düzəldərkən skelet qalıqları tapıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
Faktla bağlı araşdırma başlanıb.