Ru
13:05 / 19 Avqust 2025

Lənkəran sakini göldə boğuldu

Lənkəran sakini göldə boğuldu
Eye

Lənkəran rayonunda 18 yaşlı şəxs göldə boğularaq ölüb.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Tükəvilə kəndi ərazisində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Bəhram oğlu Ələsgərov ehtiyatsızlıqdan sahələrin suvarılması üçün yaradılan gölə yıxılıb və suda boğulub.

Yaxınları hadisədən xəbər tutandan sonra göldəki suyun səviyyəsi azaldılıb və meyiti sudan çıxarmaq mümkün olub.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar