Ru
11:10 / 19 Avqust 2025

Ermənistanın Rusiyada konsulluğu bağlandı

Ermənistanın Rusiyada konsulluğu bağlandı
Eye

Uralda Ermənistanın konsulluğu bağlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Ura.ru” konsulluğa istinadən məlumat yayıb.

Qeyd olunur ki, onun fəaliyyətinin dayandırılmasından əvvəl Ermənistan Apostol Kilsəsini dəstəkləyən Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyan vəzifəsindən azad edilib.

"Hörmətli vətəndaşlar, Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanın statusunun ləğv edilməsi ilə əlaqədar olaraq bildiririk ki, sözügedən fəxri konsulluğun ofisi öz fəaliyyətini dayandırıb. Yeddi il ərzində bizə 57 mindən çox vətəndaş müraciət edib", - məlumatda bildirilib.

Bütün məsələlərlə bağlı Ermənistanın Rusiyadakı digər konsulluq müəssisələrinə müraciət etmək tövsiyə olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar