Polşa Rusiyanın Ukraynada yüksək hərbi aktivliyi səbəbindən qırıcı təyyarələrini havaya qaldırıb.
Bakupost.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin bölmələrinin operativ komandanlığından məlumat verilib.
"Polşa və müttəfiqlərin aviasiyası tapşırıqları yerinə yetirməyə başlayıb, yerüstü hava hücumundan müdafiə və radar lokasiya sistemləri isə maksimum hazırlıq vəziyyətinə gətirilib", - deyə qurum "X" hesabında yazıb.
İddia olunur ki, hərəkətlər profilaktik xarakterlidir və hava məkanının təhlükəsizliyinin təmin edilməsi və vətəndaşların qorunması məqsədini daşıyır.