Avqustun 19-da Ukraynanın Poltava vilayətinin Kremençuk şəhəri rusların kütləvi hücumuna məruz qalıb.
Bakupost.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, atəşdən sonra şəhərin səması alova və qatı qara tüstüyə bürünüb.
Kremençukun meri Vitali Maletski şəhərdə onlarla partlayışın baş verdiyini təsdiqləyib.
Rusiyanın hərbi hava qüvvələri şəhərin enerji və nəqliyyat infrastrukturunu hədəfə alıb.
İnsan itkisi və xəsarət alanlar barədə məlumat verilmir.