Ru
10:48 / 08 Aprel 2026

Litvanın Baş naziri Azərbaycana gəlir - SƏBƏB

Litvanın Baş naziri Azərbaycana gəlir - SƏBƏB
Eye

Litvanın Baş naziri İnqa Ruginene aprelin 9-da Azərbaycana səfər edəcək.

Bu barədə Bakupost.az-a Litvanın Bakıdakı səfirliyindən məlumat verilib.

Diplomatik missiyadan bildirilib ki, səfər çərçivəsində Litvanın Baş naziri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və əsas sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycan rəhbərliyi ilə yüksək səviyyəli görüşlər keçirəcək.

Baş nazirin səfər proqramına, həmçinin Şəhidlər xiyabanında əklil qoyma mərasimi, Xəzər Universitetində fotosərginin açılışı, Azərbaycan Milli Konservatoriyasının tələbə xorunun və Bülbül adına Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə konsert daxildir.

Bundan əlavə, hökumət başçısı Azərbaycandakı Litva icmasının nümayəndələri ilə görüşəcək.

"Bu səfər Litva ilə Azərbaycan arasında tərəfdaşlığın inkişafında, eləcə də insanlararası əlaqələrin möhkəmləndirilməsində mühüm addımdır", - diplomatik missiyadan bildirilib.

Şərhlər
  • .Nizami Aliev

    Сколько же , можно без грамотно писать псевдоним "Бульбуль "? Запомните - БЮЛЬБЮЛЬ!!!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar