Ru
17:50 / 27 Aprel 2026

Livan-İsrail danışıqları başlamadan bitdi: Hizbullah “sülh olmayacaq” deyir

Livan-İsrail danışıqları başlamadan bitdi: Hizbullah “sülh olmayacaq” deyir
Eye

İran-ABŞ-İsrail gərginliyi fonunda bölgədə qarşılıqlı hücumlar davam edir.

Bakupost.az xəbər verir ki, Hizbullah İsrailin Livanın cənubundakı mövqelərinə və bəzi hərbi obyektlərinə cavab zərbələri endirdiyini açıqlayıb. Təşkilatın lideri Naim Kasım isə İsraillə birbaşa danışıqlara qarşı çıxdığını və geri addım atmayacaqlarını bildirib. İsrailin Livanın cənubuna geniş hava hücumu başladığı da qeyd olunur.

Livanın prezidenti Cozef Aoun İsraillə danışıqlar üçün atəşkəsin əsas və ilk şərt olduğunu demişdi. O bildirmişdi ki, bu, rəsmi mövqedir və başqa fikirlər ölkəni təmsil etmir. Aoun sabitliyin yalnız hərbi əməliyyatların dayanması ilə mümkün olacağını vurğulamışdı.

O həmçinin 14 və 23 aprel görüşlərində bu mövqenin təkrarlandığını qeyd etmişdi. ABŞ Dövlət Departamenti isə İsrailin Livana qarşı quru, dəniz və hava hücumları etməyəcəyini açıqlamışdı.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar