Ru
17:25 / 09 Avqust 2025

Livanda silah anbarında güclü partlayış

Livanda silah anbarında güclü partlayış
Eye

Livanın cənubunda Tir şəhəri yaxınlığında partlayış nəticəsində ən azı altı hərbçi həlak olub.

Bakupost.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə "Hizbullah" silahlı qruplaşmasına məxsus silah anbarının sökülməsi zamanı baş verib - Mühəndis qoşunları bölməsi əməliyyat həyata keçirərkən partlayış baş verib.

Obyekt Vadi-Zıbkin rayonunda yeraltı sığınacaqda yerləşib.

Hadisənin səbəbləri araşdırılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar