ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Keş Patel Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Seliya Floresin saxlanılmasında kəşfiyyat agentlərinin iştirak etdiyini bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına müsahibəsində danışıb.
Patelin sözlərinə görə, söhbət girovları azad etmək üçün nəzərdə tutulmuş FTB bölməsindən gedir.
“FTB-nin Hadisələrə Müdaxilə Qrupu (CIRG) bizim taktiki aviasiya və ixtisaslaşdırılmış əməliyyat bölmələrimizi, o cümlədən girovların xilasetmə qrupunu idarə edir... Onlar hücum qrupuna təyin ediliblər”, - büro rəisi deyib.
Qeyd edək ki, yanvarın 5-də CNN telekanalı Venesuela Prezidenti Nikolas Maduronun olduğu vertolyotun Nyu-Yorkdakı Federal Məhkəmə binasına gəldiyini açıqlayıb