Ru
23:27 / 22 Yanvar 2026

Mask Altmanı hədəfə aldı – Süni intellekt cəbhəsində açıq müharibə

Mask Altmanı hədəfə aldı – Süni intellekt cəbhəsində açıq müharibə
Eye

Dünyanın ən varlı adamı İlon Mask ilə “OpenAI”nin rəhbəri Sem Altman arasında uzun müddətdir davam edən qarşıdurma açıq hücum mərhələsinə keçib. Tərəflər bir-birinin texnologiyalarını ölümlərlə əlaqələndirərək “X” platformasında sərt ittihamlar səsləndiriblər.

Bakupost.az ABŞ mediasına istinadən xəbər verir ki, “ChatGPT”nin, aralarında bir qətl–intihar hadisəsinin də olduğu 9 ölüm faktı ilə əlaqələndirilməsi barədə paylaşımın ardından İlon Mask “X”də açıq xəbərdarlıq edib:

“Sevdiklərinizin “ChatGPT” istifadə etməsinə icazə verməyin”.

Sem Altman isə cavabında “OpenAI”nin psixoloji baxımdan həssas istifadəçiləri qorumaqda böyük məsuliyyət daşıdığını bildirib və hadisələri faciəvi və mürəkkəb adlandırıb. Ardınca Maskın texnologiyalarına yönəlib.

Altman “xAI”nin “Grok” çat-botunu və “Tesla”nın özünüidarəetmə proqramını açıq şəkildə tənqid edərək, ““Autopilot”la bağlı qəzalarda 50-dən çox insan ölüb”, – yazıb.

“Bir dəfə “Autopilot”lu avtomobilə mindim və ilk düşüncəm bu sistemin bazara çıxarılmasının təhlükəli olduğu idi. “Grok”un bəzi qərarlarına isə ümumiyyətlə toxunmaq istəmirəm. Bu vəziyyət “Hər ittiham bir etirafdır” ifadəsini xatırladır”.

Bu söz atışması Mask və Altman arasında illərdir davam edən münaqişənin son epizodudur. Gərginlik 2017-ci ildə Maskın birgə qurduqları “OpenAI” üzərində tam nəzarət tələb etməsi ilə başlayıb, 2018-ci ildə onun idarə heyətindən getməsi və 2023-cü ildə “xAI”ni yaratması ilə dərinləşib.

Hazırda tərəflər məhkəmə qarşısındadır. İlon Mask “OpenAI”nin saxta vədlərlə qurulduğunu iddia edərək 134 milyard dollara qədər təzminat tələb edir. Altmanın şirkəti isə bunu Maskın “təzyiq və ləngitmə strategiyası” adlandırır.

Federal hakim artıq iş üzrə münsiflər heyətinin seçilməsi üçün tarix müəyyənləşdirib. Məhkəmə prosesi aprelin sonlarında başlayacaq.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar