“Ramiz Mehdiyev artıq sıradan çıxmış bir adamdır”.
Bunu
Bakupost.az -a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.
Onun sözlərinə görə, Mehdiyevin əzablı günləri bundan sonra başlayacaq.
“Mən gedən adamın arxasınca xoş olmayan sözlər deməyi sevmirəm. Qoy qocalığını harada keçirir, keçirsin. Onun əzabı bundan sonra başlayacaq. Ən çox əzab çəkəcəyi şey ev, vəzifə verdiyi, parlamentə seçdirdiyi insanların indi onun haqqında dedikləridir. Onun üçün ən ağır gün məhz bu gündür. Bu nə həbsxana əzabıdır, nə evdə çəkiləcək əzab. Kimə əl uzadıb, kimə kömək edibsə, onların dediyi sözlər ömrünün axırına qədər ona əzab verəcək. Bu, ən ağır cəzadır”, - deyə o qeyd edib.
Lalə, BakuPost