Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyan iki ay müddətinə həbs edilib.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, dünəndən Ermənistan Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi onun həbs edilməsi ilə bağlı vəsatəti araşdırıb, dinləmələr bu səhər başa çatıb.
Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsində Vardan Qukasyan və Gümrü şəhər meriyasının digər 7 əməkdaşı barəsində cinayət işi açılıb.
Onlar korrupsiya və külli miqdarda rüşvət almada ittiham edilirlər.