Ru
09:23 / 21 Oktyabr 2025

Ronaldo Portuqaliya millisinə ilk dəvətini aldı

Ronaldo Portuqaliya millisinə ilk dəvətini aldı
Eye

40 yaşlı portuqaliyalı "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldonun 15 yaşlı oğlu Ronaldo Portuqaliyanın 16 yaşadək futbolçulardan ibarət milli komandasına ilk dəvətini alıb.

Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının gənclərdən ibarət “Əl-Nəsr” komandasında çıxış edən kiçik Kriştiano Ronaldo Türkiyənin Antalya şəhərində keçiriləcək Federasiya Kubokunda çıxış edəcək.

Portuqaliya millisi turnirdə Türkiyə (30 oktyabr), Uels (1 noyabr), İngiltərə (4 noyabr) ilə qarşılaşacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar