2021-2025-ci illərdə ABŞ-nin prezidenti olmuş və hazırda prostat xərçəngindən əziyyət çəkən Co Bayden şüa müalicəsini başa vurub.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, Ağ Evin keçmiş mətbuat katibi Kelli Skalli məlumat yayıb.
Məlumata görə, gələn ay 83 yaşı tamam olacaq keçmiş dövlət başçısı oktyabrın 20-də Filadelfiyadakı xərçəng mərkəzində radiasiya müalicəsini tamamlayıb.
Həmin hadisənin görüntülərini onun qızı Eşli də sosial şəbəkədə yayımlayıb.
Yada salaq ki, mayın 30-da "The Washington Post" qəzeti Baydenin xərçəng xəstəliyinin müalicəsinə başladığını yazmışdı. Xəstəliyin prostat vəzindən başqa heç bir orqana təsir etmədiyi dəqiqləşdirilib.