Bakıda həyətində azyaşlı övladı qucağında avtomobil idarə edən sürücü qəza törədib.
Bakupost.az xəbər verir ki, hadisə ötən gün paytaxtın Zabrat qəsəbəsində baş verib.
Məlumata görə, qəsəbə sakini 1992-ci il təvəllüdlü Tural Süleymanov qucağında 2018-ci il təvəllüdlü oğlu ilə BMV markalı avtomobili idarə edərkən, uşaq sürüşüb sürət pedalına sıxıldığından avtomobil hasara dəyib.
U.Süleymanlı hadisə yerində ölüb, T.Süleymanov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.