Ru
22:00 / 24 Oktyabr 2022

Mələk olsan belə uymam daha, get! - Hüseyn Cavidin şeirləri

Mələk olsan belə uymam daha, get! - Hüseyn Cavidin şeirləri
Eye

Bakupost.az "Gecə pıçıltıları" rubrikasında Hüseyn Cavidin şeirlərini təqdim edir:



Get


Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?
Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.


Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!
Duydum artıq sənin eşqindəki məna nə imiş!.


Bivəfasən, mələk olsan belə uymam daha, get!
Kim ki uymuş sana, könlüm kibi divanə imiş.


Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get!
Anladıq şəfqəti-ayini-məsiha nə imiş!


Səni bir sadədil, azadə mələk sanmış idim,
Neyləyim! Ah, könül ruhuna biganə imiş.


Səni təqsir edərək bir daha sevməm əsla,
Nə imiş sanki bu eşq?!Aşiqi-şeyda nə imiş.


Aləmi-zevqi-səfadan bana bəhs etmə,saqın
Bildik artıq bu cahan mülkü nə viranə imiş


***


Mənim tanrım


Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir allahı var,
Mənim tanrım gözəllikdir, sevgidir.


Gözəl sevimlidir, cəllad olsa da,
Sevgi xoşdur, sonu fəryad olsa da,
Uğrunda mənliyim bərbad olsa da,
Son dildarım gözəllikdir, sevgidir.


Gözəlsiz bir gülşən zindanə bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə etsəm güzər,
Həp duyduğum gözəllikdir, sevgidir


***


Niyə getdin? Niyə döndün? Niyə baxdın?


Gəldin də, niçin pəmbə buludlar kimi axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?


Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?


Sərpildi alev ruhuma süzgün baxışından,
Sarsıldı da həp bənliyim, ey afəti-devran.


Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?


Mələk olsan belə uymam daha, get! - Hüseyn Cavidin şeirləri
Şərhlər
  • t.ədalət

    Böyük Cavid "tərsa qızı" dedikdə,yəqin ki erməni qadınını nəzərdə tutur.Şair çox doğru olaraq,qeyd edir ki, "tərsa qızları"-yəni,erməni qadını etibarsız,sürüşkən və əzlaqsızdır.Ona görə də könlündə həmin "tərsa qızlarına" yer olmadığını deyir.Yazıq o kəslərə ki həyatını "tərsa qızlarının" qucağında keçirir!

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar