Türkiyənin İstanbul Baş Prokurorluğu tərəfindən futbolda mərc iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində 17 hakimin və bir klubu prezidentinin də daxil olduğu 21 şəxs barəsində həbs qərarı verilib.
Bakupost.az fanatik.com.tr-yə istinadən xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, ictimaiyyətdə “hakimlərin mərc saytlarına üzvlüyü” kimi tanınan istintaq çərçivəsində 21 şübhəlidən 18-i artıq saxlanılıb.
Açıqlamada bildirilib ki, Türkiyə futbol liqalarında iştirak edən futbolçular və hakimlər kimi şəxslərlə yanaşı, futbol klubları və ali qurumların miqyası və təsir dairəsi nəzərə alındıqda, aparılan cinayət işində həm lehinə, həm də əleyhinə bütün sübutların tam və dəqiqliklə toplanması vacibdir.
Həmçinin vurğulanıb ki, iddia olunan əməllərlə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən aparılan cinayət istintaqı ilə Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən həyata keçirilən inzibati araşdırma sübut bazası, tətbiq edilən sanksiyalar və sonrakı hüquqi mərhələlər baxımından fərqli qiymətləndirilməli olan iki ayrı prosesdir.
Cavid, BakuPost