Ru
11:20 / 07 Noyabr 2025

Güneyli tələbə ilə bağlı edam hökmünə etiraz

Güneyli tələbə ilə bağlı edam hökmünə etiraz
Eye

Həbsdə olan güneyli tələbə Ehsan Fəridinin edam hökmünə qarşı beynəlxalq etiraz kampaniyasına start verilib. Üç dildə – türk, fars və ingilis dillərində yayımlanan petisiya, ölüm cəzalarının verilməsinə və icrasına qarşı çıxaraq, Fəridinin edam qərarının ləğvini tələb edir.

Bakupost.az Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadən xəbər verir ki, etiraz kampaniyası həm ölkə daxilində, həm də xaricdə geniş müzakirə olunub. Petisiyanın ilkin variantında 600-dən çox imza toplanıb, onlayn platformalarda isə imzaların sayı 100-ü keçib.

İmza atanlar Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsinə və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 6-cı maddəsinə istinad edərək, ölüm hökmünün nə ədalət, nə də təhlükəsizlik təmin etmədiyini bildiriblər.

Bəyanatda qeyd olunur ki, ölüm hökmü “geri dönülməz və insan hüquqları prinsiplərinə zidd” bir cəza formasıdır.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar