Ru
10:54 / 07 Noyabr 2025

Rusiya nəhəngi Bakıdan imtina etdi – Mahaçqalaya yönəldi

Rusiya nəhəngi Bakıdan imtina etdi – Mahaçqalaya yönəldi
Eye

Rusiyanın nəhəng neft şirkəti“Lukoyl” Qərb sanksiyalarına görə Xəzər dənizindəki yataqlardan hasil edilən neftin Bakıya göndərilməsini dayandırıb və xammalın Mahaçqala limanına daşınmasına başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrdən birinin bildirdiyinə görə, Rusiya bayrağı altında üzən “Lady Leila” tankeri dünən (noyabrın 6-da) Mahaçqala limanına çatmalı və Xəzər dənizindəki Yuri Korçaqin adına yataqdan təxminən 5 min ton neft gətirməli idi. “Starboard” xidmətinin məlumatına əsasən, Moskva vaxtı ilə 22:40-da gəmi artıq Mahaçqala limanında olub.

Əvvəllər Xəzər dənizindəki yataqlardan hasil olunan neft Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Bakıdakı emal zavoduna, həmçinin Xəzər Boru Kəməri Konsorsiumuna göndərilirdi. Mənbələrin məlumatına görə, “Lukoyl” noyabr ayında Mahaçqalaya təxminən 30 min ton neft göndərməyi planlaşdırır, dekabrdan etibarən isə Azərbaycana yönələn bütün həcmləri – təxminən ayda 130 min ton azaldaraq Rusiya limanına istiqamətləndirəcək.

Neft axınlarının Rusiya limanına yönləndirilməsi “Lukoyl” üçün ixrac və emalı davam etdirməyin bir üsulu kimi qiymətləndirilir. ABŞ və Böyük Britaniyanın şirkətə qarşı tətbiq etdiyi sanksiyalardan sonra bu addım neftin artıq Azərbaycan üzərindən və Qərblə bağlı logistika zəncirlərindən keçməməsinə, bununla da əməliyyatların bloklanması və ya dondurulması riskinin azalmasına imkan verir.


Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar